Haqqında

Haqqında

“Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin idarə heyətinin qərarına əsasən, Vətən Müharibəsində Milli Qəhrəman, Əlil, Veteran və Şəhid olmuş döyüşçülərimizin ailələrinin sosial problemlərinin həlli yönümündə qərar qəbul edib.

Qərara əsəsən, “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin Yardım Fondu yaradılıb.

 “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin yardım fondunun məqsədi Vətən müharibəsində yaralanmış və şəhid olmuş döyüşçülərimizin ailələrinə və keçirilən təbliğat tədbirlərinə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

Azərbaycan Respublikasında Vətən müharibəsində iştirak etmiş və Şəhid olmuş döyüşçülərimizin sosial rifah halının yaxşılaşdırılması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Bu məqsədlə, əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin bu növ tədbirlərə dəstək  verməsi,sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdən olmaqla, korporativ sosial məsuliyyəti, dövlət – vətəndaş cəmiyyəti birliyini əks etdirən əsas faktorların bariz göstəricisidir.

 

Fondun vəsaitindən istifadə istiqamətləri

Vətən Müharibəsi əlilləri, veteranlarının və şəhid ailələrinin tibbi reabilitasiyasına dəstək

Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri eyni zamanda aztəminatlı ailələr üçün ərzaq sovqatı

Aztəminatlı ailələrə və Şəhid ailələrinə birdəfəlik yaxud daimi maddi dəstək

Vətən Müharibəsi Əlillərinin və veteranlarının tanıdılması istiqamətində digər tədbirlər

Nəzarət və monitorinqlərin təşkili və həyata keçirilməsi

Təbliğat və maarifləndirmə işləri